AZ   |   RU
Nigeriya hökuməti G20-yə qoşulmağın mümkünlüyünü nəzərdən keçirir - Nigeriya prezidentinin mətbuat katibi


Nigeriya hökuməti “Böyük iyirmiliyə” (G20) qoşulmağın mümkünlüyünü nəzərdən keçirir.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya prezidentinin mətbuat katibi məlumat yayıb.

Məlumata əsasən, G20-yə qoşulmaq barədə qərar məsləhətləşmələrdən sonra veriləcək və hökumət müvafiq olaraq üzvlük üçün müraciət edib-etməmək barədə son qərarı açıqlayacaq.

Həmçinin əlavə olunub ki, Nigeriya hökuməti xarici dövlətlərdən borc almaqdansa, xarici şirkətləri ölkəyə sərmayə qoymağa təşviq etməkdə maraqlıdır.

Qeyd edək ki, ötən ilin 1 dekabrından etibarən Hindistan G20-yə sədrlik edir. Qurumun növbəti iclası 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək.

Zərintac Mayisqızı
Missiya.Az


  • 4-09-2023, 17:55