AZ   |   RU
Ermənistan silahlı bölmələri Ordumuzun mövqelərini minaatanlardan atəşə tutub


Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.



Nazirlikdən Missiya.Az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.



  • 2-09-2023, 11:57