
Məşqçi yüksək inama malikdir: o, gəncləri tərbiyə edir. Amma tərbiyə etmək üçün sən özün yüksək əxlaqlı insan olmalısan. Əsl məşqçi olmaq özünə qarşı çox tələbkar, yüksək mənəvi keyfiyyətlərə malik olmaq, daim öz ideya-siyasi və mədəni səviyyəni yüksəltmək, ümumi və xüsusi biliklərini genişləndirmək üzərində çalışmaq deməkdir.
Rəşad Əliyev müsahibə zamanı…
-Mən 2004-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Üzgüçülük ixtisasi üzrə təhsil almışam. 2004-cü ildən məşqçi kimi, 2017-ci ildən isə Milli Komandanın məşqçisi kimi çalışıram.
2021-ci il sentyabrın 6-da cənab Prezident İlham Əliyevin fərmanı ilə «Tərəqqi" medalı ilə təltif olunmuşam. 2022-ci ilin mart ayında Müdafiə Sənayesi naziri, Milli Qəhrəman cənab general-polkovnik Mədət Quliyevin Yubiley Medalı ilə, 2022-ci il aprel ayında isə Gənclər və İdman Naziri cənab Fərid Qayıbovun əmri ilə Respublikanın "Əməkdar Məşqçisi" adı ilə təltif olunmuşam. Tələbələrim arasında Para-üzgüçülük üzrə Avropa, 2 qat Dünya və Paralimpiya Çempionu, İslam Oyunlarının Mükafatçıları, bir çox yerli və Beynəlxalq turnirlərin qalibləri və mükafatçıları var. Hazırda Su İdmanı Sarayında da çalışıram və fəaliyyətimi uğurla davam edirəm.
Çempionatlar…
-Dəfələrlə yerli və Beynəlxalq çempionatlarda məşqçi qismində iştirak etmişəm.
Bunlara misal: Sloveniya, Slovakiya, Bolqarıstan, Finlandiya, Çin, Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, Serbiya, Xorvatiya və Avropa ve Dünya çempionatlarında iştirak etmişəm.
Üzgüçülükdə çətin nüanslar…
Professional üzgüçülükdə çətin nüanslardan biri istədiyin nəticəyə çatmaqdır. Elə momentlər olur ki, lazım olan saniyəni belə əldə etmək üçün illərlə çalışıb mübarizə aparmalısan.
İdman nədir?
-İdman- sağlamlıq, gümrah bədən, enerji, dost ve ailə deməkdir.
Arzularınız?
-Arzularım - tələbələrimin nailliyyətlərini ve uğurlarını görub sevinmək və gözəl ailə sahibləri olmaqdır!
Professional məşqçi kimdir?
-Professional trener məşqçilikdən əlavə idmançının həm valideyni, həm həkimi, həm psixoloqu, həm dostu ve sirdaşı olmalıdır. Bütün bu hallar olanda idmançıdan da uğurlu nəticə əldə etmək olar!
Missiya.Az

