AZ   |   RU
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə Missiya.Az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.



  • 31-08-2023, 23:31