AZ   |   RU
Nicat Abasov Rumıniyada yeniyetmə şahmatçılarla görüşüb

 

Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak edəcək yeniyetmələrlə görüşüb.

Azərbaycan Şahmat Federasiyasından Missiya.Az-a verilən məlumata görə, təcrübəsini yeniyetmələrlə bölüşən beynəlxalq qrossmeyster mötəbər yarışlara hazırlıq prosesindən danışıb.

Şahmatçıların suallarına cavab verən Nicat Abasov onlara qitə çempionatında uğurlar arzu edib.



  • 31-08-2023, 17:15