AZ   |   RU
Prezidentin köməkçisi dövlətin separatçı rejimlə bağlı mövqeyini bir daha bəyan etdi – “ləğv olunmalı və tərkislah edilməlidir”


“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin güddüyü irqçilikdir”.

Missiya.Az
 xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycan öz torpağında “boz” nəzarətsiz zonaya artıq  dözə bilmir.

“Qanunsuz rejim ləğv edilməli və tərksilah edilməlidir”, – deyə H.Hacıyev vurğulayıb.




  • 31-08-2023, 14:15