Fransa şəhərlərindən Qarabağ ermənilərinə humanitar yardım adı ilə göndərilmiş yük karvanı İrəvandan Laçın sərhəd buraxılış məntəqəsinə doğru yola düşüb.
Missiya.Az erməni mətbuatına istinadən xəbər verir ki, yük karvanını Paris meri Ann Hidalqo Müşayət edir.
Məlumata görə “yardımın” göndərilməsində Paris, İle-de-Frans, Auvergne-Rhone-Alp, Hauts-de-France, Oksitaniya şəhərləri və Luara bölgəsi iştirak edib.
Aydındır ki, Fransa Qarabağa yük karvanı göndərməklə heç də oradakı ermənilərə yardım məqsədi güdmür. Parisin əsas məqsədi gərginliyi dərinləşdirmək və rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı planlarını əngəlləməkdir. Hazırda həmin yolda Bakının Qarabağ ermənilərinə göndərdiyi yardım karvanı yükün Xankəndiyə buraxılmasını gözləyir, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin əməldaşları da həmin yolda çadırlar qurublar. Dünyanın diqqəti bu hadisəyə yönəldiyi bir vaxtda Fransanın göndərdiyi yükü Laçın sərhəd buraxılış məntəqəsindən keçirməyə cəhd etməsi əlbəttə ki, təxribat mahiyyətlidir. Çünki belədə Laçın yolunin arxa, ağdam-Xankəndi yolunun isə ön plana çıxmasına problemlər yaranır. Rəsmi Paris yaxşı bilir ki, yüklərin Laçın sərhəd buraxılış məntəqəsindən keçirilməsinə Bakı heç bir halda imkan verməyəcək.
Qeyd etdiyimiz kimi, məqsəd gərginliyi dərinləşdirmək və Ağdam-Xankəndi yolunun açılmasının mümkün qədər əngəlləməkdir. Sözsüz ki, bu təxribat cəhdi də səmərəsiz olacaq. Əminliklə deyə bilərik ki, Bakı öz haqlı mövqeyindən çəkilməyəcək.
Elcan
Missiya.Az
