
Rusiya beynəlxalq qaydalara uyğun olaraq Priqojinin təyyarə qəzasını araşdırmaqdan imtina edir.
Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Rusiya tərəfi Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) bildirib ki, "Vaqner PMC"nin təsisçisi Yevgeni Priqojinin öldüyü "Embraer Legacy" 600 təyyarə qəzasının beynəlxalq təhqiqatı planlaşdırılmır.
Qeyd olunub ki, Priqojinin qəza etdiyi təyyarənin istehsalçısı Braziliya şirkətidir.
"Reuters"də həmçinin yazılıb ki, Federal Hava Nəqliyyatı Agentliyinin CENIPA-dan imtina etmək hüququ var idi, çünki Priqojinin təyyarəsi beynəlxalq deyil, daxili reys həyata keçirirdi. Moskvanın qəzanın səbəblərinin araşdırılması üçün Braziliyanın təklifini qəbul etməməsi şəffaf araşdırmadan imtina kimi dəyərləndirilir.
Zərintac Mayisqızı
Missiya.Az