AZ   |   RU
“AYNA” informasiya sisteminin yaradılmasına başlanılıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Prezident İlham Əliyevin əsasnaməsini ötən il dekabrın 30-da təsdiq etdiyi “AYNA” informasiya sisteminin yaradılması üçün açıq tender elan edib.


Missiya.Az xəbər verir ki, tenderdə iştirak haqqı 2 000 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 11-i, saat 17:00-a qədər Agentliyin Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 12-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.



  • 30-08-2023, 09:17