AZ   |   RU
Jurnalistikaya qara ləkə olan “media” subyektləri ilə mübarizəni ciddiləşdirək

Hələ də bu mövzu aktuallığını sırtıqcasına saxlamaqdadır. Nə qədər mübarizə aparırıq, əksinə, daha da şaxələnirlər. Vəziyyət son həddə çatdı. Şaxələr şəhid ailələrinə doğru da uzandı. 

Missiya.Az xəbər verir ki, APA TV-nin hazırladığı reportaja baxanda jurnalistsənsə utanacaqsan, əsəbiləşəcəksən, ruh düşkünlüyü yaşayacaqsan. Şəhid ailələrindən yazılacaq və yayılacaq yazılara, süjetlərə görə pul uman iki nəfər jurnalist olduqlarını deyiblər. Əslinə baxsaq, onların jurnalist olmaq üçün çox şeyləri var: ofisləri, operatorları, efirləri, baş redaktor, əməkdaş, yəqin ki, kompyuterləri də... Bircə qalır jurnalist olmaq, hə, bu xoşbəxtik onlara qismət ola bilməz. 

Jurnalisika vicdan, istedad, məsuliyyət, tərəfsizlik meydanıdır. Bu keyfiyyətləri birləşdirən şəxs gərək yazmağı da bacarsın ki, adına jurnalist deyək. Davamı da var, baxacağıq necə yazır. Yaxşı yazsa, imza sahibi olacaq, yaza bilməsə, ələnib sıradan çıxacaq. Hər iki halda vicdansılıq, məsuliyyətsizlik etməyəcək, sadəcə istedadı çatmadığına görə, imzası parlamayacaq. 


Yoxsa ki,  onun haqqında yayacağın hər pinti şəkildə hazırlığın süjetə görə şəhid ailəsindən pul ummaq. Məhz pinti hazırlayacaqsan. Şəhid ailəsindən 100 manat uman şəxs sənətkar ola bilməz, olsa-olsa dələduz olar. 

Bəs dələduzlar min ildir mətbuatın canına necə daraşıblar? Yazmaq bacarığı olmayan , vicdan, istedad, məsuliyyət, tərəfsizlik kimi keyfiyyətlərdən uzaq şəxslər necə olub ki, bu qədər texniki imkanlara sahibdirlər? Ofisləri, operatorları, kameraları, kompyuterləri, hətta divanları da var. 

Bir haşiyə: “Azəbaycan” nəşriyyatında özünə otaq götürənlərdən biri qəzet nəşr etmək fikrinə düşür. Ona məsləhət görürlər ki, tanınmış jurnalistlərdən biri ilə bu barədə söhbət etsin. 
Qəhrəmanımız jurnalistlə görüşür, onu otağına dəvət edir. Otaqda, divan, kreslo, qonaq masası, televizor, güldan, dibçəklər  var, amma kompyuter yoxdur. Qonağı ondan soruşur:  - “Bəs kompyuterlərin yoxdur”.  Nonsens cavab: “Məgər  qəzet buraxmaq üçün kompyuter lazımdır?”. 

Bax həmin adamdan soruşasan ki, məgər şəhid aləsindən süjet hazırlamaq üçün pul istəmək lazımdır? Cavabı “bəli” olacaq.

Bu cür düşüncə adamlarının niyə axı ofisi, texniki imlanları olmalıdır? Həm də gör harada otururlar: “Azərbaycan” nəşriyyatında. Bəh, bəh, bu əzəmətli nəşriyyatda mən də 6 il fasilələrlə oturmuşam. Ora alayı yerdir, bir yazının söhbəti deyil, əsərlər yazılsın gərək. Birini deyim: orada xeyli qara ruhlu nəşrlər ərsəyə gəlir. Bu nəşrlərin bosları kifayət qədər çirkli gəlir əldə edə bilirlər. 

Mətbuat Şurasının “Reket nəşrlərlə mübarizə komissiyası” fəaliyyət göstərir. Doğrusu, neçə müddətdir susqunluqdur. Bu kommissiya 100-dən çox nəşri qara siyahıya salmışdı. Əvvəlcə nəşrin nümayəndəsi gəlirdi, səhvlərini eşidirdi, özünü müdafiə etməyə cəhd göstərirdi, vəssalam. Qara siyahının hüquqi qüvvəsi yox idi. Adam bir az da qızışırdı, sanki acıq çıxmağa çalışırdı. Görüşdüyü, şantaj elədiyi adamardan pul qopara bilirdi, daha ondan soruşan olmurdu ki, adın qara siyahıdadır, məndən niyə pul istəyirsən? Verirdilər. Beləcə də qara ruhlu elektron və kağız nəşrlərin sayı durmadan artır. 

“Azərbaycan” nəştiyyatı onların ocağına çevrilib. İndi saytlar yaradıb cəmiyyətin canına daraşıblar. 

Çıxış yolu var: Xüsusən saytların monitorinqi aparılsın. Medianın İnkişafı Agentliyi elan etsin ki, bütün internet saytların monitorinqinə başlayır.

Hər bir sayt monitorinqə qoşulmağa müraciət edə bilər. Monitorinqdən kənar qalmaq istəyən sayt məzəmmətlə qarşılanacaq. Monitorinqi peşəkar jurnalist ekspertlər aparsın. Nəticələr 3 aydan bir 5 kateqoriya üzrə təqdim olunsun. Son iki yeri tutan sayta işini 1 ayda müddətində təkmilləşdirmək tövsiyə olunsun və onların kollektivinə treninqlər keçirilsin. Əgər xislətlərindən yenə də əl çəkməyəcəklərsə, əksinə öyrəndiklərini qara işlərə xərcləyəcəklərsə, sayt məhkəməyə də verilə bilər. 

Media Agentliyi jurnalistlərin vahid reyestr sistemini hazırlayır. Monitoqrinlərin nəticəsində ciddi pozuntuları aşkarlanan saytın heç bir əməkdaşı sistemə daxil edilməsin, onlara vahid kartlar verilməsin. 

Nəhayət, vətəndaş bir qədər maarifli olsun. Jurnalist cümləsindən bəllidir. Mənim hələ də işçi vəsiqəm yoxdur və bu vəziyyət fəaliyyətimə problem yaratmayıb. Jurnalist yerişindən də aydın görünür, hələ üstəlik danışmağı onun necə jurnalist olduğunu göstərir. 

Vətəndaşlar ünsiyyətdə olduqları şəxslərin davranışından anlamağı bacarmalıdır. Bunun üçün ali zövq formalaşdırmağa ehtiyac var. Görürsünüz, deməli, jurnalistikadakı özünə reket ayaması qazanan qüvvələrlə kompleks şəkildə mübarizə aparmasaq, dairə qapanmayacaq. 

Həqiqətən utancverici məqam yaşayırıq. Jurnalistəm deməyə utanırıq. “O gün biri gəlmişdi, yola saldıq” ifadəsini eşidəcəyimizdən çox ehtiyat edirik. Çoxumuz eşitmişik. Bir dəfə bələdiyyədə işlyən dostum mənə dedi ki, “kolleqan gəlmişdi, yola saldıq”. Tərs kimi həmin vaxt çayxanada gənclər internetdən mənim saytların birində dərc olunan yazımı oxuyurdular. Mən də həmin çayxanada idim. Pərt oldum, ani düşünəndən sonra, dedim ki,bundan sonra bizim bələdiyyəyə hansı jurnalist gəlsə, mənim nömrəmi verin, deyin ki, qurumun mətbuat xidmətinin rəhbəridir. 

Belə də oldu. 100-lərlə zəng qəbul etdim, hər birinə anlatdım ki, belə etmək ayıbdır, qanan qandı, qanamayana qandırdım. 

Əlbəttə xeyir, mən bələdiyyəni jurnalistikadan yox, jurnalistikanı bələdiyyədən qoruyurdum. Bizm sənətin adına ləkə gətirənlərlə bir fərd kimi də mübarizə aparmalıyıq. O məmurlara da kömək edək, üstünə gələn reket əməlli “jurnalisti” qapıdan qova bilsin. Bu cəsarət onlarda təcəllə etməldir. Cəsarət doğru insanların əsas silahıdır. 

Doğru olacağıq. Qara ruhlu insanları bəsləməyəcəyik, onların inkişafına təkan verməyəcəyik. Xəstə düçüncə birləşmiş sağlam düşüncədən çəkinir. Hələ ki, “Medai haqqında” qanun qəbul olunmayıb, ora artıq adını çox haqq etmiş reket jurnalistikaya qarşı mübarizə ilə bağlı da bənd salınsn. 
Jurnalist olmayanı bir cümləsindən tanımaq olur. Necə ki, jurnalist bir cümləsindən bəllidir.

  • 9-07-2021, 19:50