AZ   |   RU
Yol polisi qəzada ağır xəsarət aldı - Video

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Missiya.Az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan yük avtomobili (“Tır”) DYP avtomobilinə çırpılıb.

Qəza nəticəsində yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır travma alıb.

Yaralı polis əməkdaşı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


  • 9-07-2021, 17:50