BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023 cü il tarixində növbədənkənar iclasında illərdir Ermənistanın Azərbaycanın başına gətirdiyi müsübətlər, soyqırımlar diplomatik nümayəndələrimiz tərəfindən bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Diplomatik qalibiyyətimiz bir daha sübut edilib. Ermənistanın növbəti avantürası. Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır.
Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2023-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi.
Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Rəsmi İrəvanın siyasi məsuliyyətsizliyi. Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir .
Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.
Azərbaycan diplomatiyasının növbəti uğuru. Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Azərbaycana dəstək artır. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın hərəkətləri qanunidir. TŞ-dəki müzakirələr “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.Qarabağ müstəqil dövlət olmayacaq. Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. RReinteqrasiya siyasəti.
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcəkdir.Obyektiv həqiqətin təntənəsi. Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluqla nəticələndi. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolunu dəstəkləyir.
İclas zamanı Azərbaycanı dəstəkləyən Albaniya, Braziliya və digərlər ölkələrin nümayəndələri beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləyiblər. BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaradıb.
Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində, BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.
Bakı Şəhər Nizami rayon İcra hakimiyyətinin əməkdaşı Şahmar Ağayev