AZ   |   RU
Moldova səfiri Rusiya XİN-ə çağırıldı


Moldova səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Moldovanın Rusiya səfirliyinin işçilərinin sayını azaltmaq qərarı olub. Sözügedən qərar münasibətlərin daha da pozulmasına gətirib çıxara bilər.

Qeyd olunub ki, buna adekvat addım olaraq Moldovanın bəzi rəsmilərinin Rusiya ərazisinə girişi qadağan olunur.

Zərintac Mayisqızı
Missiya.Az




  • 18-08-2023, 16:02