AZ   |   RU
İranda dərman şirkətinin 500 işçisi işsiz qaldı


İranın Qida və Dərman Təşkilatı ilə "Alhavi" Dərman Şirkətinin rəhbərliyi arasında yaranan ixtilaflara görə şirkətin beş yüzə yaxın işçisi işsiz qalıb.

Missiya.Az xəbər verir ki, bu barədə "GuneyAZfront" teleqram kanalı məlumat yayıb. İşçilər iki qurum arasında yaranan münaqişənin qurbanı olduqlarını yazıblar, heç bir kompensasiya ödənilmədən işlərinin dayandırılmasından narazılıqlarını bildiriblər.

"Alhavi" Dərman Şirkətinin rəhbərliyi bəyanat yayaraq şirkətin bağlanmasını Qida və Dərman Təşkilatının qanunsuz müdaxilələri ilə əlaqələndirib.

Bu, İranda dərman çatışmazlığı ilə eyni vaxta təsadüf etdiyinə görə bu sahədə olan çatışmazlığın şiddətlənəcəyi ehtimal edilir.

Missiya.Az




  • 18-08-2023, 14:49