AZ   |   RU
Ermənilər Ordumuza qarşı yeni təxribatlar hazırlayır - Muzdlu döyüşçülərlə görüş keçirilib


Xankəndidəki separatçı rejim Azərbaycana qarşı yeni hərbi təxribatlara hazırlaşır.

Uydurma “humanitar fəlakət kampaniyasına beynəlxalq dəstək ala bilməyən separatçılar BMT Təhlükəsizlik Şurasının iclasından da gözlədiklərini ala bilmədilər. Odur ki, indi də  öz xislətlərinə və mahiyyətlərinə uyğun olaraq yeni hərbi təxribatlara əl atmağa meyilləniblər. Arayik Arutunyanın dünən Xankəndidə “Xalq döyüşçüləri ilə görüş” adı altında, peşəkar hərbçilərlə görüş keçirməsi də elə təxribatlara hazırlığın daha bir göstəricisi hesab oluna bilər.

Separatçıların yaydığı xəbərdə qeyd olunur ki, görüşdə “Artsaxın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. Görüş iştirakçılarına  təhlükəsizliyin təmin olunması ilə bağlı atılmalı olan addımlar barədə məlumat verilib.

Sual olunur “xalq döyüşçüləri” kimlərdir? Onlar hansı məqsədlə təşkilatlanır və konkret qüvvə kimi ortaya çıxıblar? Təhlükəsizlik məsələləri niyə bu adamlarla müzakirə olunmalıdır? Çox böyük ehtimalla görüşdə iştirak edənlər ordan-burdan Qarabağa gətirilmiş muzdlu döyüşçülərdir və onlara Azərbaycan Ordusuna qarşı təxribat əməllərinə dair konkret tapşırıqlar verilib.


Tamamilə mümkündür ki, görüşdə konkret əməliyyat tapşırıqları və döyüş planları ətrafında müzakirə də aparılıb. Onu da qeyd edək ki, separatçılar görüşdən yalnız bir foto paylaşıblar və orada da görüşdə iştirak etmiş şəxslərin üzü görünmür. Çox güman ki, həmin şəxslər  Laçında sərhəd keçid məntəqəsi fəaliyyətə başlamazdan əvvəl Qarabağa gətirilmiş döyüşçülərdir.

Elcan
Missiya.Az




  • 18-08-2023, 14:01