AZ   |   RU
İranda zorlamada təqsirli bilinən beş kişi edam edilib


İranda məhkəmə yerli qadına təcavüz edən 5 kişiyə ölüm hökmü çıxarıb.

Missiya.Az 
"Əl Alarabiya"ya istinadən xəbər verir ki , ölüm hökmü avqustun 9-da icra olunub.

“2022-ci ilin may ayında Mərənd şəhərində bir qadını qaçıran və zorlayan beş kişi bu gün edam edilib”, – Mərənd şəhərinin prokuroru Ziya Mehra deyib.

Cinayət törədildikdən 4 gün sonra bir qrup kişi yerli polis tərəfindən həbs olunub. Onlar günahlarını etiraf ediblər.

Missiya.Az




  • 9-08-2023, 17:23