AZ   |   RU
Qarabağ erməniləri arasında parçalanma - Bakıya meyillər artır - "Azərbaycan vətəndaşı kimi rahat və təminatlı yaşayacağıq"

 
Qarabağdakı erməni əhali arasında fikir ayrılıqları getdikcə dərinləşir. Bunun nəticəsidir ki ermənilər arasında parçalanma və mövcud rejimə inamsızlıqda  tədricən kütləvi hal alır. Hər halda sosial şəbəkələrdə Qarabağ ermənilərinin məsələlərə reaksiyasından aydın görünür ki, əvvəlki hənrətlikdən əsər-əlamət qalmayıb. Elə təkcə terrorçu Vaqif Xaçaturyanın həbsinə fərqli münasibətlər var.

Ermənilər var ki, Vaqif kimi çoxlarının həbs olunacağını yazır və bu hadisələr ətrafında çığır-bağır salmağın mənasız olduğunu bildirirlər. Hətta azərbaycanlılara qarşı qanlı cinayətlərdə iştirak etmiş ermənilərin siyahısını yayanlar da var. Azərbaycan dövlətinin mühakiməsindən qaçmağın mümkünsüzlüyünü deyən ermənilər, keçirilən aksiyaların, siyasi kampaniyalar və beynəlxalq təşkilatlara müraciətlərin heç bir effekt verməyəcəyini və axır-əvvəl Azərbaycan qanunlarına tabe olacaqlarını da yazırlar.  "Acından ölürük", "vəzifədə olanların qarnı hələ də əriməyib, bizim isə taqətimiz qalmayıb" kimi rəyləri erməni sosial şəbəkə istifadəçiləri indi tez-tez yazırlar. Hətta Xankəndidə oturan "məmurların" özbaşınalığından bezdiklərini və onların əməllərinə görə ermənilərin də cəza alacağını yazan ermənilərdə var.

Düzdür, yaranmış vəziyyətdən bezib Azərbaycan vətəndaşı kimi daha yaxşı və təminatlı yaşayacaqlarını, sosial müavinətlər və yardımlar alacaqlarını, təzyiqlərdən qurtulub rahat yaşayacaqlarını yazanları sərt formada qınayıb onları xain adlandıran ermənilərə də rast gəlinir. Belələri azərbaycanlılarla birgə yaşamaqdansa ölümü seçməyin daha yaxşı olduğuna dair fikirlər paylaşır və hətta Azərbaycan bayrağı altında ermənilərə işgəncələr veriləcəyinə dair əsassız iddialar yayırlar.

Bütün hallarda görünən odur ki, Qarabağ erməniləri arasında ciddi parçalanmalar var separatçıların hakimiyyətinə qarşı müxalif mövqelər tədricən sərt xarakter alır.

Elcan Hüseynbəyli
Missiya.Az



  • 31-07-2023, 19:57