AZ   |   RU
Ukrayna Nigerdə ​​dövlət çevrilişini pisləyib

 

Ukrayna Niger Respublikasında baş verən dövlət çevrilişini qətiyyətlə pisləyir və baş verənləri diqqətlə izləyir. 


Missiya.Az “RBC-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 


“Biz Nigerin milli qanunvericiliyinə və beynəlxalq hüquq normalarına riayət edilməsinin zəruriliyini qeyd edir, konstitusiya quruluşunun zorla, qeyri-qanuni şəkildə dəyişdirilməsi cəhdlərini qəti şəkildə rədd edirik”, - nazirlik bildirib. 


Xarici İşlər Nazirliyi qeyd edib ki, Nigerdə siyasi və institusional sabitlik Mərkəzi Afrika və Sahel regionunda təhlükəsizlik problemlərinin aradan qaldırılması səyləri kontekstində vacibdir.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 27-07-2023, 15:13