AZ   |   RU
“Ukraynanın əks-hücum əməliyyatı plana uyğun olaraq davam edir” - Britaniyalı nazir

“Ukrayna qoşunlarının əks-hücum əməliyyatı tərəfdaşlarla birlikdə hazırlanmış plana uyğun olaraq davam edir. Ukrayna müttəfiqlərinin gözləntilərini doğruldur”.


Missiya.Az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi deyib.


"Hələlik Ukrayna ümidlərimizi doğruldur. Keçən qışda bizimlə, amerikalılarla və başqaları ilə birlikdə hazırladıqları planı geniş şəkildə həyata keçirirlər. Bu Hollivud filmi deyil” – deyə britaniyalı nazir vurğulayıb.


Hippi Almaniyanın Ukraynanın əks-hücumunun ləngiməsi ilə bağlı qorxularını və tənqidlərini rədd edib:


"Mən bunun xüsusilə ədalətli olduğunu düşünmürəm. Ukraynalılar avadanlıqdan istədikləri kimi istifadə edəcəklər və siz cəbhə xəttindən minlərlə mil uzaqda olduğunuz zaman şərh vermək çox çətindir", - deyə britaniyalı nazir bildirib.


Onun sözlərinə görə, Ukrayna bütün döyüş ehtiyatını dərhal göndərməmək üçün düzgün iş görüb və rus işğalçılarının minalanmış sahələrini silahlarla təmin edib.

 

 


Daşqın Həsənov
Missiya.Az



  • 27-07-2023, 14:39