AZ   |   RU
Putin Afrikaya rüşvət vermək qərarına gəldi

 

Rusiya prezidenti Vladimir Putin taxıl sazişindən çıxdıqdan sonra Afrikaya rüşvət verir. O, bəzi ölkələrə pulsuz taxıl göndərəcəyinə söz verib.


Missiya.Az xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb. 


Putin bəyan edib ki, Rusiya Ukrayna taxılını həm təmənnasız, həm də kommersiya əsasında əvəz etmək istəyir. 


Eyni zamanda, Putin Ukraynanı tənqid etməkdən çəkinməyib və Qərbi “taxıl tədarükünə maneələr yaratmaqda” ittiham edib. O bildirib ki, guya “taxıl müqaviləsi” çərçivəsində taxılın böyük hissəsi yüksək gəlirli ölkələrə gedib. 


Bundan əlavə, Putin Rusiyanın “taxıl müqaviləsi” üzrə şərtlərinin yerinə yetirilməməsindən şikayətlənib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 27-07-2023, 14:22