AZ   |   RU
Şoyqu Pxenyanda Şimalı Koreyanın müdafiə naziri ilə görüşüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda şimalı koreyalı həmkarı Kanq Sun Nam ilə danışıqlar aparıb.


Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


“Sizinlə tanış olmaqdan çox məmnunam. Mən sizin dost dövlətimizin paytaxtı Pxenyana səfər etmək dəvətinizi minnətdarlıqla qəbul etdim. Mən təklif olunan zəngin proqrama görə koreyalı dostlara minnətdaram. İlk dəqiqələrdən sizin qayğınızı və diqqətinizi hiss etdim”, - deyə rusiyalı nazir vurğulayıb.


Şoyqu bildirib ki, onun Pxenyana səfəri Koreya xalqının Vətən Azadlıq Müharibəsində qələbəsinin 70-ci ildönümünün qeyd edilməsi zamanı baş tutur.


Şoyqu Rusiya ilə KXDR arasında bütün sahələrdə ikitərəfli əlaqələri ardıcıl olaraq inkişaf etdirmək niyyətində olduğunu qeyd edib. 


“Əminəm ki, bugünkü danışıqlar müdafiə idarələrimiz arasında əməkdaşlığı gücləndirməyə kömək edəcək”, - deyə rusiyalı nazir əlavə edib.

 



Daşqın Həsənov
Missiya.Az



  • 26-07-2023, 14:58