AZ   |   RU
Türkiyə XİN İsveçdə Quranın təhqir olunmasını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.


“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.


Bəyanatda vurğulanır ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.



  • 21-07-2023, 00:14