AZ   |   RU
"Taxıl sazişi"nin müddəti başa çatıb" - Putinin sözçüsü


"Taxıl sazişi"nin müddəti başa çatıb və sənədin vaxtı uzadılmayıb".

Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, razılaşmanın Moskvaya dair hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal “Taxıl sazişi” ilə bağlı sövdələşməyə qayıdacaq.

Peskov onu da qeyd edib ki, Rusiyanın “Taxıl sazişi” ilə əlaqədar mövqeyi iyulun 17-də Krım körpüsünə hücumdan əvvəl də açıqlanıb və hadisə məsələyə təsir göstərməyəcək.

Zərintac Mayisqızı
Missiya.Az




  • 17-07-2023, 14:01