AZ   |   RU   |   Köhnə versiya

Paşinyan geri çəkildi, “İsgəndər”lə bağlı dediklərini təkzib etdi



Ermənistanın baş naziri Nikol Paşinyan indi də “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona dezinformasiya verildiyini iddia edir.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Vane Gevorkyan məlumat verib.

“Nikol Paşinyan deyib: "Faktları təhlil edərək belə qərara gəldim ki, “İsgəndər”lə bağlı mənə yanlış məruzə ediblər”, - o bildirib.

Mətbuat katibinin sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur.


Baxış sayı: 61
  • 1-03-2021, 14:29