AZ   |   RU
Qum şəhərində bir məhbus edam edilib


İranda narkotik cinayəti ilə ittiham olunan Musa Həkimi adlı məhbusun Qum şəhərinin Mərkəzi Həbsxanasında edam hökmü həyata keçirilib.

Missiya.Az "Azad İran" kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan HaqlarıTəşkilatı məlumat yayıb.

Bildirilib ki, Musa Həkimi şirkətlərdən birində xadiməçi işləyirmiş və iki il öncə narktotik maddə daşıdığı üçün həbs edilib. Bu gün səhər saatlarında isə dar ağacından asılıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 7-07-2023, 17:00