AZ   |   RU
“Çətin sınaqlarla qarşı-qarşıyayıq” - Ərdoğan


“Çətin sınaqlarla qarşı-qarşıyayıq”.

Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

O, vəzifəsinin daha 1 il uzadılması münasibətilə NATO-nun Baş katibi Yens Stoltenberqi təbrik edib: “Təhlükəsizliyin gücləndirilməsinə çox ehtiyac var. Belə bir vaxtda cənab Stoltenberqin ittifaqımıza və qlobal sülhə töhfə verəcəyinə inanıram”.

Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 5-07-2023, 14:20