AZ   |   RU
İsrail İranın daha iki generalını öldürüb



İsrailin endirdiyi zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iki müavini həlak olub.


Missiya.Az xəbər verir ki, bu barədə SEPAH-ın “Telegram” kanalı məlumat yayıb.


Bildirilib ki, öldürülənlərdən biri İran Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat üzrə müavini, general Qulamrza Mehrabi, digəri isə Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyatlar üzrə müavini, general Mehdi Rəbbanidir.



Daşqın Həsənov

Missiya.Az 




  • Dünən, 12:20