AZ   |   RU
Milli Qurtuluş Günü Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarixdir



1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqillik, dövlətçilik və siyasi tarixində əlahiddə yeri varXalqımızın Ümummilli Lideri HeydərƏliyevin adı ilə bağlı olan bu tarix müstəqilliyimizinvə dövlətimizin xilas günüdürOna görə iyunun 15-irespublikamızda dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd olunur. Müasir Azərbaycanın bütünuğurları öz başlanğıcını Milli Qurtuluş Günündəngötürür.

Müstəqilliyimizin ilk illərində respublikamızdayaranmış siyasi situasiyanı yaxşı xatırlayırıqAXC-Müsavat cütlüyünün yarıtmaz  səriştəsiz fəaliyyətidövlət idarəçiliyini demək olar kiiflic vəziyyətinəsalmışdıHakimiyyəti zorakı yolla ələ keçirən buqaragüruh qruplaşma mövcud idarəçilik sisteminisıradan çıxarmış  nəticə etibarilə ölkədə xaotikvəziyyət yaratmışdı.  Bütün bunların nəticəsi kimi respublikada həyatın bütün sahələrini böhran bürümüş, iqtisadiyyat çökmüş, inflyasiya tarixdə görünməmiş dərəcədə yüksəlmiş, əhalinin sosial vəziyyətiağırlaşmışdı. 

Ən acınacaqlısı isə o idi ki, AXC-Müsavatcütlüyünün yarıtmaz fəaliyyəti Ermənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızı müdafiəsiz qoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrı yerlərində separatçılıq meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətin meydana çıxması isə yenicə əldə edilmiş müstəqilliyimiz və bütövlükdə, dövlətimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı. Xalqımız 1920-ci ildə olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamağa və müstəqilliyini itirməyə çox yaxın idi. Bundan daha ağırı o idi ki, Azərbaycan həm parçalanmaq  xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

1993- il iyun ayının 4- Gəncədə hərbiqarşıdurmanın baş verməsi respublikadakı siyasigərginliyi daha artırmışdıAzərbaycan artıq uçurumunkənarındaməhv olmağın bir addımlığında idiBaş verənhadisələrcərəyan edən proseslər həm  onu diqtəedirdi kivəziyyətdən çıxış üçün Azərbaycan xalqınıngüclü siyasi liderə ehtiyacı var idiHəmin lider isə ozaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışanHeydər Əliyev idiTəsadüfi deyil ki,1993-cü ilin ağır iyun günlərində bütün Azərbaycan ictimaiyyəti, o cümlədən ölkədə böhranlı və gərgin vəziyyətin yaranmasına səbəb olmuş siyasi qruplar da vəziyyətdən çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində görürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib: 

“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar da belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Xalqın təkidli istək və çağırışlarına cavab verən Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ölkədəki vəziyyəti kökündən dəyişərəkAzərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qurtuluşunun başlanğıcı oldu. Bakıya gələn kimi xilasmissiyasına başlayan Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandıilk növbədə hərbiqarşıdurmanınsilahlı dəstələrin Bakıya yürüşününqarşısı aldı. İyun ayının 15-də isə Ulu Öndər HeydərƏliyev Azərbaycan Ali Sovetinin Sədri seçildiCəmiyyətimizin bütün təbəqələrinin iradəsinin təzahürühabelə bütün siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi olan bu siyasi hadisə sözün bütünmənalarında xalqımızın milli qurtuluşu olduBununla damüasir Azərbaycan tarixində yeni siyasi mərhələ başlandıBu mərhələdə xilaskarlıq missiyasını layiqincəyerinə yetirən Ulu Öndər müstəqilliyimizi bütüntəhlükələrdən və təhdidlərdən qətiyyətlə qorudu. MəhzHeydər Əliyevin sayəsində respublikamızda başqaldırmış separatçılıq meyillərinin qarşısı alındı, dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərin hamısıiflasa uğradıldı

Milli Qurtuluşdan başlanmış siyasi proseslərinməntiqi davamı olaraq Heydər Əliyevin 1993- ilinoktaybr ayında Azərbaycan Prezidenti seçilməsi isərespublikamızda tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqərar edilməsinə xidmət edən islahatların başlanması ilə müşayiət olunduHeydər Əliyevin siyasi qətiyyətinin  müdrikliyininnəticəsi kimi ictimai-siyasi sabitlik təmin edildicəmiyyətimizdə əmin-amanlıq yaradıldı, iqtisadiyyatdatənəzzülə son qoyuldu, ölkəmiz inkişaf yoluna çıxdı. Heydər Əliyevin formalaşdırdığı nizami Azərbaycan ordusu nəinki Ermənistanın işğalçı hücumlarınınqarşısı aldı, o cümlədən Füzuli istiqamətində torpaqlarımızı azad etdi. 

BeləlikləMilli Qurtuluşdan başlanan dəyişikliklərqısa zamanda bütün sahələrdə özünü göstərməyəbaşladı1994- ilin may ayında cəbhədə atəşkəsinəldə edilməsi isə qarşıda duran vəzifələrin daha sürətləhəyata keçirilməsi üçün zəmin yaratdı. Dövlətquruculuğu prosesini uğurla həyata keçirən HeydərƏliyev müasir Azərbaycan dövlətini yaratdıöz əməlləriilə xalqımızın Ümummilli Liderinə çevrildi.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqınıniftixar  ləyaqət tarixidir. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali SovetininSədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası qüdrətliAzərbaycan dövlətinin qurulması ilə nəticələndi xalqımız bütün problem  təhlükələrdən alnıaçıqlayiqlişəkildə xilas oldu

Ona görə xalqımız Milli Qurtuluş Gününü haqlı olaraq Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarix kimi qəbul edir.Böyük məmnunluqla qeyd etməliyik kiUlu ÖndərHeydər Əliyevin layiqli siyasi davamçısı olan cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldəetdiyi tarixi nailiyyətlər, keçdiyi əzəmətli inkişaf yolubeynəlxalq birlikdə nüfuz sahibinə çevrilməsi MilliQurtuluşla başlanan qürur tariximizi daha daşərəfləndirir. Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Qarabağda erməni separatizminin məhv edilməsi isə göstərir ki, 1993-cü ilin 15 iyunundan başlayan Heydər Əliyev yolu Azərbaycanı həm də yenizəfərlərə aparır.

Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin təməlləri güclü və sarsılmazdır. Heç bir qüvvə Azərbaycan üçün təhlükə və təhdid doğura bilməz. 

Xanlar Fətiyev

Milli Məclisin deputatı






  • Bu gün, 09:24