AZ   |   RU
Türkiyədən İsrailə məlumat ötürülməsi iddiası rədd edildi - Rəsmi açıqlama


Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi xüsusi açıqlama ilə çıxış edib.

Missiya.Az açıqlamanı olduğu kimi təqdim edir:


“Kürecik radar bazasından İsrailə məlumat ötürüldüyü” iddiaları həqiqətə uyğun deyil.


"Kürecik Radar Bazası, Türkiyənin milli təhlükəsizliyi və milli maraqları çərçivəsində qurulmuşdur və NATO müttəfiqi ölkələrin müdafiəsini təmin etmək məqsədi daşıyır.


Kürecik radar bazasından əldə edilən məlumatlar, NATO prosedurlarına uyğun şəkildə yalnız NATO-ya üzv olan müttəfiq ölkələrlə müəyyən çərçivədə paylaşılır.


Sözügedən radar bazasından əldə edilən məlumatların NATO müttəfiqi olmayan İsrail kimi ölkələrlə paylaşılması qətiyyən mümkün deyil.


Əks istiqamətdə aparılan qarayaxma kampaniyaları, əgər bir səhv nəticəsində baş verməyibsə, sadəcə beşinci kolon fəaliyyəti kimi qiymətləndirilə biləcək dağıdıcı hərəkətlərdir.


Bundan əlavə, ölkəmizin daxili və xarici təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdıracaq məlumatların açıq şəkildə yayılması, Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsinə əsasən cinayət sayılır.


Türkiyə, İsrailin Yaxın Şərqdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə qarşıdır və bu fəaliyyətlərə dəstək verməsi əsla mümkün deyil.


Türkiyə bu mövqeyini NATO daxilində də sərgiləməkdədir və İsrailin NATO təlimlərinə qatılmasına qarşı lazımi mövqe tutmaqdadır."




  • Bu gün, 11:17