AZ   |   RU
“Prezident İlham Əliyev Qarabağla bağlı tələbləri elan etdi” - Asif Nərimanlı

 

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə görüşündə Qarabağla bağlı tələbləri elan etdi: Ermənistanın silahlı qüvvələri çıxmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”. 


Missiya.Az xəbər verir ki, bu fikirləri siyuasi şərhçi Asif Nərimanlı deyib. 


O, bildirib ki, erməni qoşunlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” dedikləri dəstələr də təslim olmalıdır: “Hərçənd, atəş açılmadan İrəvanın bu öhdəliyini icra edəcəyi, separatçıların tərk-silah olmağa razı olacağı ehtimalı azdır. Bu baxımdan, Prezident İlham Əliyevin bu tələbləri Qoşulmama Hərəkatıınn Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə dilə gətirməsi atılacaq addımlarla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər”.


Missiya.Az 



  • 5-07-2023, 14:02