AZ   |   RU
“QH-nin sədri kimi Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk” - Özbəkistanın XİN başçısı


“Özbəkistan Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və ölkənin bu təşkilatın sədri kimi fəaliyyətini, habelə Qoşulmama Hərəkatının inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirir”.


Missiya.Az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

“Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü yeni təşəbbüslər təşkilatın fəaliyyətinə dinamiklik qatıb”, - nazir bildirib.

Onun sözlərinə görə, QH-ya üzv ölkələrin əksəriyyəti iqlim dəyişikliyi səbəbindən böyük problemlər yaşayan ərazilərdə yerləşir. Qoşulmama Hərəkatı təşkilat üzvləri arasında ərzaq təhlükəsizliyi, enerji, müasir çağırışlara qarşı birgə mübarizə və s. kimi prioritet istiqamətlər üzrə əməkdaşlığı dərinləşdirməklə inkişaf etməyə çalışır.

Özbəkistanın xarici işlər naziri “Şimal-Cənub” dəhlizi də daxil olmaqla, nəqliyyat dəhlizlərinin inkişafını dəstəklədiyini bildirib.

"Özbəkistan həmçinin Qoşulmama Hərəkatının BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir", - o əlavə edib.



  • 5-07-2023, 13:03