AZ   |   RU
Türkiyənin xarici işlər naziri taxıl müqaviləsinin uzadılmasını tələb edir


"Ankara taxıl sazişinin uzadılması ideyasına sadiqdir".

Missiya.Az
 xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Qoşulmama Hərəkatının əlaqələndirmə bürosunun nazirlər toplantısında çıxışı zamanı deyib.

Nazir bildirib ki, rəsmi Ankara ən vacib mövzular üzrə danışıqları təmin etməyi bacarıb.

“Qara dəniz təşəbbüsü sayəsində biz Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına gətirə bildik və qlobal ərzaq böhranının qarşısını aldıq. Türkiyə təşəbbüsü yaşatmağa sadiqdir və biz sizin dəstəyinizə ümid edirik”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Qara Dəniz Təşəbbüsünün müddəti iyulun 17-də başa çatır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 5-07-2023, 12:53