AZ   |   RU
Fransadakı etirazlarda bir nəfərin rezin güllələrlə öldürüldüyü açıqlandı


Fransada gənc sürücünün polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazlarda həftə sonu sinəsinə rezin güllə dəyməsi nəticəsində bir nəfərin öldüyü bildirilib.

Missiya.Az ölkənin "La Marseillaise" qəzetinə istinadən xəbər verir ki, Fransada nümayişlərdə həbslər davam edir.  Marsel Prokurorluğu hadisə ilə bağlı məhkəmə araşdırmasına başlayıb.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, 27 yaşlı gənc döş qəfəsinə rezin güllə dəyməsi nəticəsində ölüb, lakin hadisənin baş verdiyi yer hələ tam müəyyənləşdirilməyib.

Həmin gecə rayonda nümayişlər və talanlar olsa da, sözügedən gəncin bu aksiyalarda iştirak edib-etmədiyi bəlli deyil.

Zərintac Mayisqızı
Missiya.Az





  • 5-07-2023, 12:16