AZ   |   RU
Erməni politoloqdan Vaşinqton danışıqları barədə şərh - "Ən yaxşı təminat Azərbaycan Konstitusiyasıdır"



"Əslində, Vaşinqton danışıqları Qarabağ məsələsi deyil, Ermənistanın statusunun müəyyənləşdirilməsi ətrafında gedir". 



Missiya.Az xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Beniamin Matevosyan deyib.


“Danışıqlarda Azərbaycan israr edir ki, demarkasiya və delimitasiya prosesi onların istənilən xəritələri əsasında aparılsın, xankəndi təmsilçiləri ilə  danışıqlar şaquli şəkildə aparılıb. Türkiyə-Azərbaycan hərbi-siyasi bloku çərçivəsində Ermənistan  hansı statusa malik olacaq? Bax danışıqlar bu məsələ ətrafında aparılır. 


Politoloq ABŞ səfirinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya biləcəyi barədə açıqlamasına təəccüblənmir. Onun sözlərinə görə, Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyıb və ABŞ səfiri sadəcə olaraq aşkar olanı bəyan edib:. 

“Əgər bəyanatı bir az da üzə çıxarsaq, Qarabağ erməniləri üçün ən yaxşı təminat Azərbaycan Konstitusiyasına əməl olunması olacaq. Biz ABŞ səfirinə səmimiyyətinə görə təşəkkür etməliyik. Ümumiyyətlə, bizim Amerika tərəfinə heç bir sualımız olmamalıdır, onlar öz maraqlarını güdürlər, Rusiyanı bütün təsir zonalarından sıxışdırıb çıxarmalıdırlar. Və əgər qiymət erməni soyqırımıdırsa, o zaman bu qiyməti ödəməyə hazırdırlar. Ermənistan hakimiyyəti ilə birgə proqram həyata keçirirlər, amma ABŞ-ın marağı başa düşüləndirsə, onda Ermğnistanın marağı nədir? Ermənistan Respublikası hər hansı beynəlxalq təminat alacaq, ya yox? Bu da onların yox, bizim problemimizdir”, - deyə politoloq yekunlaşdırıb.


Elcan

Missiya.Az



  • 4-07-2023, 21:28