AZ   |   RU
Rusiyadakı qiyamla bağlı ilginc versiyalar - "Vaqner"ə dəstək verənlər öldürüləcək - Padşah ova hazırlaşır

Rusiyada qiyam adı ilə yaşanmış olayların ardınca, baş verənlərin əsl səbəbi və arxasındakı məqsədlər barədə müzakirələr başlayıb.

Müstəqil ekspertlər hesab edirlər ki,  "Vaqner" "qiyamı" Putinin özü tərəfindən idarə olunub. Bəs məqsəd nə olub? Bu suala birmənalı cavab yoxdur. Ortada müxtəlif versiyalar var.  Onlardan biri də Putinin Polşa ilə sərhədə hərbi qüvvə yerləşdirmək  məqsədilə bağlıdır.

Bu qənaətdə olanlar hesab edirlər ki, Kreml terror qrupu kimi tanınan "Vaqner"i və Ramzan Kadırovun döyüşçülərini Polşa ilə sərhədə göndərmək məqsədilə, belə bir izazdırıcı yola əl atıb.  

Priqojinin Belarusa göndərilməsi də məhz bununla bağlıdır. "Vaqner"in yaradıcısı öz döyüşçülərini Belarusdan idarə edəcək.

"Qiyam" tamaşasının məqsədləri barə çeşidli ehtimallar səslənirsə də Putinin başqa birməqsədi barədə konkret fikirlər irəli sürülür.


"Şübhəsizdir ki, Moskvaya yaxınlaşmaqda olan Priqojinlə əlaqə saxlayıb, Putini devirmək üçün dəstək verməyə hazır olduğunu bildirənlər olub. Hər halda dünən son ana qədər elə təsəvvür var idi ki, Putin artıq gedir. Putindən sonrakı dövrdə özlərinə yer etməyi düşünənlər Priqojinə öz xidmətlərini təklif ediblər, o da öz növbəsində bunu Putinin ovcuna qoyub" deyən  ekspertlər hesab edirlər ki, qarşıdakı mərhələdə Rusiyada müəmmalı ölümlər barədə xəbərlər yayılacaq, Putin onun devrilməsində maraqlı olanların hər birini ortadan götüzdürəcək.

Bu sırada oliqarxların, tanınmış iş adamlarının və siyasi xadimlərin olacağı ehtimal edilir. Artıq onların hökmü çıxarılıb. Ölkədən qaçmaq da onları xilas etməyəcək.

Dünyanın harasında olurlarsa olsunlar Padşahın əmri yerinə yetiriləcək.


Elcan
Missiya.Az



  • 25-06-2023, 21:00