AZ   |   RU
“Vaqner” rəhbərinin yeri bilinmir


““Vaqner” Xüsusi Hərbi Şirkətin rəhbəri Yevgeni Priqojin hələ ki heç kimlə əlaqə saxlamır”.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu onun Mətbuat xidməti bildirib.

“Yevgeni Priqojin hamını salamlayır, normal əlaqə yarananda bütün suallara cavab verəcəyini deyir”, - Mətbuat xidmətindən qeyd olunub.

Məlumata görə, Y.Priqojini sonuncu dəfə iyunun 24-də Rostov-Donda avtomobildə gedərkən görüblər. Hazırda onun harada olduğu bilinmir.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.



  • 25-06-2023, 17:16