AZ   |   RU
BƏƏ Prezidenti Qurban bayramı münasibətilə minə yaxın məhbusu əfv edib


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qurban bayramı ərəfəsində minə yaxın insanı əfv edib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.


Prezident ölkənin islah və penitensiar müəssisələrindən 988 məhbusun azadlığa buraxılması barədə göstəriş verib.


Xatırladaq ki, Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.



  • 21-06-2023, 23:59