AZ   |   RU
Dağıstanda avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub


Rusiyanın Dağıstan Respublikasında reys avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.



Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə “Qafqaz” yolunun Koxanovka kəndi ərazisində baş verib. İlkin məlumata görə, minik avtomobili qarşı yola çıxaraq “Kamaz” markalı yük maşını ilə toqquşub, yük maşını isə Moskva-Xasavyurt marşrutu ilə hərəkət edən avtobusa çırpılıb. Zərbənin təsirindən bir neçə avtomobil yanıb.


Hazırda 9 nəfərin həlak olduğu, 20 nəfərin yaralandığı bildirilir.



  • 21-06-2023, 23:05