AZ   |   RU
Ölkəmiz SAFEX-23 beynəlxalq sərgisində təmsil olunub


İyunun 20-də Əlcəzair Xalq Demokratik Respublikasında 54-cü SAFEX-23 beynəlxalq sərginin açılış mərasimi olub. Qırxdan çox ölkənin 600-ə yaxın dövlət və özəl şirkətlərinin iştirakı ilə keçirilən sərgidə Azərbaycanı Əlcəzairdəki səfirliyimiz təmsil edib.



Missiya.Az AZƏRTAC-a istinadən xəbəre verir ki, Azərbaycan stendini ziyarət edən əlcəzairli və xarici qonaqlara milli ornamentli xalçalarımız, kəlağayılarımız, Şuşa və Xarıbülbül motivli əl işi seramik məmulatlar, suvenirlər nümayiş etdirilib. Həmçinin iki böyük bannerdə ölkəmizin füsunkar təbiəti, UNESCO mədəni irsinə daxil olmuş tarixi abidələrimiz, turizm potensialımız fotoşəkillərdə təqdim olunub, qədim və müasir Azərbaycandan, onun iqtisadi nailiyyətlərindən bəhs edən sənədli filmlər göstərilib. Əlcəzairdə yaşayan, işləyən diasporumuzun fəalları Xumar və Nəbi Nəbiyevlər ziyarətçiləri maraqlandıran suallara ətraflı cavablar veriblər.


SAFEX-23 beynəlxalq sərginin açılış mərasimində iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycanın səfiri Tural Rzayevlə ayaqüstü söhbət edib, ölkələrimiz arasındakı siyasi münasibətləri yüksək qiymətləndirib.



  • 21-06-2023, 18:50