Çərşənbə 4 İyun 2025 / 18:57:56
                    AZ   |   RU
NATO-nun 300 min nəfərlik yüksək hazırlıqlı qüvvəsi var - Stoltenberq


NATO müttəfiqləri qoşunları üçün hərbi təlimlər proqramını genişləndirib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nəticə etibarı ilə hazırda NATO-nun 300 000 nəfərlik yüksək hazırlıqlı qüvvəsi var.

“Həmçinin bütün müttəfiqlərin ərazilərinin hər bir santimetrini qorumaq müdafiə etmək üçün Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin imkanları da gücləndirilib”, - Baş katib əlavə edib.



  • 16-06-2023, 17:15