AZ   |   RU
Azərbaycan-Türkiyə əlaqələri daha dərin xarakter alacaq - Ramin Əhmədov

 
"Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi yaşandı. Qardaş Türkiyədə keçirilmiş prezident seçkisində Azərbaycan-Türkiyə birliyi və bütövlükdə Türk dünyası qazandı".

Missiya.Az xəbər verir ki. bu fikirləri Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Türkiyədə keçirilmiş prezident seçkisinin ikinci turunda qeydə alınmış nəticə barədə paylaşdığı Facebook statusunda qeyd edib.

Ramin Əhmədov vurğulayıb ki, imperializm, eləcə də, İran və Ermənistan, onların havadarlarının. niyyəti baş tutmayıb:

"Onlar məğlub oldular. Ermənistan da İran da xam xəyallar qurub seçkinin Hörmətli Rəcəb Tayyib Ərdoğanın məğlubiyyəti ilə başa çatacağını və nəticədə Azərbaycan-Türkiyə münasibətlərinin sərinləşəcəyini gözləyirdilər. Böyük və müdrük Türkiyə xalqı onların arzusunu gözlərində qoyub, daha güclü Türkiyəyə səs verdi.

Əslində Türkiyə xilas oldu desək daha doğru olar. Rəcəb Tayyib Ərdoğan seçkidə müvəffəqiyyət əldə etməsəydi, qardaş ölkəni müharibələrə sürükləyəcəkdilər. Türkiyəni inkişafdan saxlayıb, hərbi sənayesinə, texnoloji potensialına ciddi zərbə vuracaqdılar. Xalq buna imkan vermədi və bütün məkrli planları alt-üst etdi.  

TAİB təsisçisi hesab edir ki, Türkiyə bundan sonra daha da güclənəcək. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələri qarşıdakı mərhələdə daha dərin xarakter alacaq".

Elcan
Missiya.Az



  • 29-05-2023, 10:11