AZ   |   RU
Kreml NATO-ya Ukrayna barədə xəbərdarlıq etdi: "Bu bizim qırmızı xəttimizdir"

Rusiya NATO-ya Ukrayna ilə bağlı xəbərdarlıq edib. Kreml Ukraynanın NATO-ya daxil edilməsinin Rusiya üçün qırmızı xətt olduğunu açıqlayıb.

Missiya.Az
xəbər verir ki, rəsmi Moskva Ukraynanın NATO-ya üzv qəbul edilməsi barədə çıxan məlumatların onları narahat etdiyini bəyan edib. 

Sitat: “Ukraynanın NATO-ya daxil edilməsi ilə bağlı yayılan xəbərlər bizi narahat edir. Bu bizim qırmızı xəttimizdir” – sitatın sonu. 

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Ukraynanın ittifaqa üzv qəbul etdiyini açıqlamışdı. ABŞ prezidenti Co Bayden isə Ukraynın NATO-ya üzv qəbul olunmasından əvvəl ölkədəki qanunsuzluqların ləğv edilməli olduğun bəyan edib. Həmçinin qeyd edib ki, ölkə NATO-nun bütün kriteriyalarına uyğunlaşdırılmalıdır. 
 
Xatırladaq ki, aprel ayının əvvəllərində Ukrayna ilə Rusiya arasında ciddi hərbi gərginlik yaranmışdı. Həmin vaxt Rusiya Ukrayna ilə sərhəddə 100 minə yaxın canlı qüvvə, minlərlə hərbi texnika yığmışdı. Ukrayna Prezidenti Vladimir Zelenski açıq şəkildə bəyan etmişdi ki, Rusiya hərbçiləri münaqişə bölgəsində vəziyyəti gərginləşdirir, snayperlərdən atəş açılır və Kiyevi təxribata çəkmək istəyir. Bir müddət sonra vəziyyət sabitləşdi və Rusiya qoşunu Ukrayna sərhəddindən geri çəkildi.

Elvin
Missiya.Az

  • 17-06-2021, 14:03