AZ   |   RU
"Cənab Prezidentin qarşısında Paşinyanın acizliyi onun üz cizgilərindən də görünürdü" - Ramin Əhmədov


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq kimi iştirakı ittifaqa üzv ölkələrlə əlaqələrimizin dərinləşdirilməsi baxımından əhəmiyyət kəsb edir".


Bu fikirləri Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin Rusiyaya səfəri barədə Facebook səhifəsindəki paylaşımında qeyd edib.


Fakt odur ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir" deyən Ramin Əhmədov qeyd edib ki, Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var:


"Cənab Prezident iclasdakı dərin, konseptual çıxışı ilə iştirakçılarda həm ölkəmizin siyasi-iqtisadi potensialı barədə bir daha aydın təsəvvürlər yaratdı, həm də Azərbaycanın etibarlı və dayanıqlı tərəfdaş olduğunu növbəti dəfə hər kəsin diqqətinə çatdırdı və bu həqiqət hamıya bir daha aydın oldu:

- Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır.  

- Zəngəzur dəhlizi isə region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır.

- Başqa sözlə, Azərbaycanın təşəbbüskarı olduğu layihələrdə iştirakçılıq ölkələrə yeni inkişaf fürsəti tanımış olur.


Ümumiyyətlə, Cənab Prezidentin çıxışı və Nikol Paşinyanı yerində oturdan cavabı qürurverici idi. Paşinyanın acizliyi onun üz cizgilərindən də görünürdü. Cənab Prezident Paşinyanı növbəti dəfə susdurmaqla bütün kriteriyalar üzrə ondan qat-qat güclü ən əsası isə haqlı olduğunu növbəti dəfə isbatlamış oldu".


Elcan

Missiya.Az



  • 25-05-2023, 20:37