AZ   |   RU
Gürcüstan parlamentinin vitse-spikeri Azərbaycanı təbrik edib


Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, Arçil Talakvadze bu münasibətlə Tvitter hesabında paylaşım edib:

“Biz bu möhtəşəm tarixi gün münasibətilə ən xoş arzularımızı və təbriklərimizi çatdırırıq və Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirik”, - deyə Arçil Talakvadze qeyd edib. 



  • 25-05-2023, 13:52