AZ   |   RU
“NATO Avropada döyüş potensialını artırır, ABŞ isə Əfqanıstanda sabitliyi pozur” - Şoyqu

“NATO Ukrayna böhranından Şərqi və Mərkəzi Avropada öz qruplarını yaratmaq üçün bəhanə kimi istifadə edir, ABŞ isə Əfqanıstanda və regionda sabitliyi pozur”.


Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.


"NATO öz qruplaşmalarını yaratmaq üçün Ukrayna böhranını bəhanə edir. Alyansın genişlənməsinin növbəti mərhələsinə start verilib. Şərqi və Mərkəzi Avropada hərbi infrastruktur modernləşdirilir, zərbə silahları yerləşdirilir və birgə təlimlərin sayı artır”, - deyə rusiyalı nazir vurğulayıb.


O qeyd edib ki, Defender Europe 2023 təlimləri bloka daxil olmayan ölkələrin də iştirak etdiyi ən böyük təlim olacaq:


“Digər narahatlıq doğuran məqam nüvə silahı çatdıran maşınların istifadəsini sınaqdan keçirmək üçün Şərqi Avropada NATO ölkələrinin aqressiv ritorikasının və birgə nüvə missiyalarının artması, habelə ABŞ-ın qlobal raketdən müdafiə sisteminin komponentlərinin təkmilləşdirilməsidir. Ukraynaya tükənmiş uranla döyüş sursatlarının tədarükü, təxribat cəhdləri və Rusiya Federasiyasının strateji obyektlərinə zərbələr məqsədi daşıyır”, - deyə Şoyqu əlavə edib.


Rusiyalı nazir bildirib ki, öz növbəsində ABŞ Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrin potensialından regionda sabitliyi pozmaq üçün istifadə etmək niyyətindədir:


"Əfqanıstan daha bir qeyri-sabitlik ocağı olaraq qalır. Əsas təhlükə İslam Taliban hərəkatı hakimiyyətə gəldikdən sonra bu ölkədə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirən qeyri-qanuni silahlı qruplardan gəlir. Hesab edirəm ki, ABŞ bu terror təşkilatlarının potensialından regionda sabitliyi pozmaq üçün istifadə etmək niyyətindədir. Bu məqsədlə nəzarətdə olan quldur qruplarından yaraqlılar Yaxın Şərqdən Əfqanıstana köçürülüb. Gələcəkdə onlar qonşu ölkələrə nüfuz edə, xüsusən də terror aktları törədə bilərlər. Bu şərtlər daxilində Əfqanıstan istiqamətində səylərin əlaqələndirilməsini, həm ikitərəfli əsasda birgə təlimlərə lazımi diqqətin yetirilməsini vacib hesab edirik”, - deyə rusiyalı nazir vurğulayıb.


Onun sözlərinə görə, NATO ölkələri Əfqanıstandan tələsik çıxdıqdan sonra onun dirçəldilməsi üzərində işləmək əvəzinə, müxtəlif yollarla Mərkəzi Asiya regionunda hərbi mövcudluğunu bərpa etməyə çalışırlar. Biz bunu orada və bütövlükdə KTMT məkanında sabitliyə birbaşa təhlükə kimi qiymətləndiririk.

 



Daşqın Həsənov
Missiya.Az



  • 25-05-2023, 13:23