AZ   |   RU
“Ankara Azərbaycanla Ermənistan arasındakı vəziyyət barədə operativ qərar verməlidir” - Türkiyənin vitse-prezidenti

Türkiyə Azərbaycanla Ermənistan arasındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə operativ qərar verməlidir.


Missiya.Az Habertürk” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.


Siyasətçi bildirib ki, bu baxımdan indiki prezident üsul-idarəsi ölkədə ən effektivdir və müxalifət liderinin seçkilərdə qələbə qazanacağı təqdirdə həmkarlarına vəd etdiyi vitse-prezidentin vəzifələri, dövlət idarəetmə sistemində maneələr yaradacaq.


Onun sözlərinə görə, indiki sistemdə dövlət başçısı yekun qərarı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

 



Daşqın Həsənov
Missiya.Az



  • 19-05-2023, 11:15