AZ   |   RU
"Daşnaksütyunun fəaliyyəti qadağan olunmalıdır" - Erməni deputat

 

Erməni İnqilabi Federasiyası - Daşnaksütyun Partiyasının fəaliyyəti qadağan olunmalıdır. 


Missiya.Az xəbər verir ki, bu təkliflə ölkənin baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasından olan deputat Akop Aslanyan çıxış edib. 


Onun sözlərinə görə, Daşnaksütyun Ermənistanın müxtəlif rayonlarındakı yerli təşkilatlarını bağlayıb. Çünki ölkədə Daşnaksütyunun fəaliyyət göstərməsi üçün qanuni əsas yoxdur: 


“Partiyalar haqqında” qanuna əsasən, təşkilatın fəaliyyəti qadağandır”. Erməni deputat Daşnaksütyun Partiyasını xaricə casusluqda ittiham edib və bununla bağlı əlavə araşdırmalar apardığını, materiallar topladığını deyib.
 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 19-05-2023, 11:04