AZ   |   RU
Taliban rəsmisi İran prezidentini ələ saldı


Sistan və Bəluçistan əyalətində səfərdə olan İran prezidenti İbrahim Rəisi Hirmənd çayından İrana çatan su haqqının ötürülməməsinə dair Əfqanıstan rəsmilərinə xəbərdarlıq edib.

Missiya.Az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, İbrahim Rəisinin Əfqanıstana su ilə bağlı xəbərdarlığını Taliban rəsmiləri məsxərəyə qoyublar.

Talibanın mübahisəli simalarından biri olan general Mobin özünün sosial media hesablarında video paylaşaraq İran prezidentinin təhdidini lağa qoyub.

O, paylaşımında yazıb: “Ağaye rəis-cumhur-e İran, sən Allah, bizə hücum etmə, qorxuruq!”.

Zərintac Mayisqızı
Missiya.Az




  • 19-05-2023, 10:42