AZ   |   RU
"Türkiyə əhalisinin 65 faizi sağ mərkəzçiliyə səs verib" - Politoloq


"Əlbəttə, gözlənilən mənzərə oldu. Böyük ehtimalla Cümhur İttifaqının Türkiyədə parlamentdə və prezident seçkilərində də çoxluq qazanacağı proqnozlaşdırılırdı".

Bunu Missiya.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.

Siyasi ekspert qeyd edib ki, əslində Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkrli planların fərqinə vardığını əsaslı sürətdə sübut etmiş oldu:

"Cənab Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə Kemal Kılıçdaroğlunu üstələməsi bu deyilənlərin göstəricisidir. Həmçinin nəzərə almaq lazımdır ki, Türkiyə böyük millət məclisində də Ak parti MHP və yenidən Rifah partiyasından ibarət olan Cümhur İttifaqı səslərin böyük qismini əldə edib. Parlament də əzici çoxluq da hazırki İqtidar komandasına aiddir. Və bütövlükdə seçki nəticələrinin monitorinqi göstərir ki, Türkiyə əhalisinin 65 faizi sağ mərkəzçiliyə səs verib".  




Tural İsmayılov bildirib ki, Türkiyədə solçuluq meyarları ciddi şəkildə öz tərəfdarlarını itirəcək:

"Bu baxımdan seçkilərdən sonra sağ mərkəzçiliyin vahid komanda şəkilində daha da gücləndiyini görürük. Türkiyənin yaxın gələcəyinin sağçı düşüncələr üzərində qurulduğunu da indiki seçkilər bir daha sübut etmiş olur. Mən hesab edirəm ki, bundan sonra artıq altılıq ittifaqda olan müxalifət daxilində çox ciddi çəkişmələr olacaq. Əvvəlcə Meral Akşener Millət İttifaqını tərk edəcək. Ardınca Hdp və Əlibaba Canla Əhməd Davudoğlunun rəhbərlik etdiyi qruplar da tərk edəcək. Son olaraq, ola bilsin ki, Millət İttifaqında yalnız Chp və Demokrat Parti qaldı. Hətta, daha çox mühafizəkarların təmsil olunduğu Təməl Karamollaoğlunun rəhbər olduğu Səadət Partisinin də Millət İttifaqından ayrılacağını düşünürəm".

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 15-05-2023, 14:37