AZ   |   RU
Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb
Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.

Missiya.Az xəbər verir ki, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib. Təkbətək görüş nümayəndə heyətlərinin görüşü ilə davam etdirilib.

Qeyd edək ki, təkbətək görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib və 45 dəqiqə davam edib. Nümayəndə heyətlərinin görüşü isə 40 dəqiqə sürüb. ABŞ prezidenti Co Bayden Ərdoğanla görüşün çox yaxşı keçdiyini bildirib.

  • 14-06-2021, 22:48